Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə keçirilən “Kukla teatrları həftəsi” uğurla başa çatıb.
Sənət bayramının bağlanış mərasimində Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə yeni yaradıcılıq əlaqələrinin formalaşdırılması və bölgə teatrlarının yaradıcılığının diqqət mərkəzinə gətirilməsi baxımından bu ilk ideyanın önəmini yüksək dəyərləndirib. Bildirilib ki, növbəti mərhələdə layihənin beynəlxalq miqyasa çıxması üçün başqa ölkələrdən mütəxəssislərlə yanaşı, teatrlar da dəvət olunacaq.
Mingəçevir şəhərinin sosial-mədəni infrastrukturu genişlənir. Abadlıq və yenidənqurma tədbirləri çərçivəsində şəhərdə yaradılmış yeni istirahət məkanı istifadəyə verilib.
Sözügedən məkan Xətai küçəsində, 14 nömrəli orta məktəbin qarşısındakı boş sahəni əhatə edir və şəhər bələdiyyəsinin dəstəyi ilə araya-ərsəyə gətirilib. Məkanın 1 hektarlıq ərazisində yaşıllıq zolaqları salınıb, gül kolları, dekorativ ağaclar göz oxşayır. Məkanda müasir işıqlanma sistemi qurulub, sakinlərin istəyinə uyğun olaraq söhbətgahlar, uşaqlar üçün əyləncə guşələri yaradılıb.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”