“Art Studio”da “35 ildən sonra”

post-img

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramaturqu Benqt Alforsun “İllüziyaçılar” pyesi əsasında hazırlanan “35 ildən sonra” adlı tamaşanın premyerası təşkil olunub.

Teatrın yeni yaradılmış “ArtStudi­ya”sında hazırlanan “35 ildən sonra” tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afa­nasyev, musiqi tərtibatçısı Zaur Rəşi­dovdur. Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Bəhramxan və di­gər aktyorlar Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa ediblər.

Qeyd edək ki, bir hissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyo­run həyatından bəhs edir. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından həyəcanlanır, həm də xoşbəxt olur. Müəllif ata və qız mü­nasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğu­nu təqdim edir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Mədəniyyət