“Səni anlayıram…”

post-img

Dünən “Facebook” dostluğumda olan bir ziyalı xanımın aşağıdakı məzmunda paylaşımını oxudum: “Səni anlayıram…” deməklə, biz ətrafımızdakı insanların fikir və düşüncələrinə haqq qazandırır, onların dərdlərinə şərik çıxır, sevinclərini paylaşırıq. Bundan yaxşı nə ola bilər ki? 

“Səni anlayıram…” deyən insanlara dahi ingilis dramaturqu Vilyam Şekspir isə belə cavab verib: “O şeyi anlamaq mümkündür ki, onu hiss edirsən!” 

Düşünürəm ki, dahi qələm sahibi tamamilə haqlıdır: insanı hiss etmədən, onun hiss və həyəcanını duymadan an­lamaq çətindir. 

Böyük el sənətkarı Aşıq Ələsgər necə də gözəl deyibdir: 

Can dеməklə candan can əskik olmaz,

Məhəbbət artırar, mеhriban еylər.

Çor deməyin nəfi nədi dünyada,

Abad könülləri pərişan еylər. 

Gəlin, bir-birimiz hiss edək, anlayaq və sevək. O zaman həyat hər birimiz üçün maraqlı və cazibədar olacaq!. 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat