Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
Konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Zərrin Əliyeva (violin) və Nərminə İsmayılova (piano) çıxış ediblər.
“Xalq qəzeti”