Sürücüsüz “KamAZ”lar

post-img

Pilotsuz “KamAZ” yük maşınları Sankt-Peterburqdan Moskvaya gedən M-11 “Neva” şossesi ilə hərəkət etməyə başlayıb. 

Rusiya mediası bildirir ki, belə av­tomobillər ölkədə ilk dəfə ictimai yolda peyda olub. Onların hərəkətinə bir gün əvvəl Nəqliyyat Nazirliyindən məlumat verilib. Avtonom idarəetməyə baxma­yaraq, avtomobillərin kabinələrində sü­rücülər olacaq. M-11 avtomobil yolunda dronların istismarı üçün müvafiq infrast­ruktur, o cümlədən yolun özünün riyazi modeli yaradılıb. 

“Pilotsuz Logistika Dəhlizləri” layihə­si çərçivəsində pilotsuz “KamAZ” avto­mobillərinin hərəkətinə başlanılıb. Yük maşınları bir neçə şirkətdən kommer­siya yüklərinin daşınması üçün istifadə olunacaq. Layihəyə, xüsusən PEK, Glo­baltruck, Qazpromneft-Supply daxildir. 

“Xalq qəzeti”

Dünya