Rayonlarda fasilələrlə leysan yağacaq, dolu düşəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdi­yi məlumata əsasən iyunun 15-də Bakı­da və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağaca­ğı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 18-23°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət 55-65 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklə­rində: (Sumqayıt, Novxanı, Pirşağı, Nar­daran, Bilgəh, Zaqulba) 21-22° isti,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq. Azərbaycanın ra­yonlarında bəzi yerlərdə fasilələrlə ley­san xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şim­şək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 30-35°, dağlarda gecə 7-12°, gündüz 12-17° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya