Mədəniyyət xəbərləri

post-img

Norveç doğumlu, əslən cənubi azərbaycanlı, “Shervin Najafpour” qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner Şervin Nəcəfpur Türkiyədə sayca 6-cı “Antalya Moda Həftəsi”ndə iştirak edib. 

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə onun kolleksiyası xüsusi dizaynlı köynək və çoxistifadəli par­ça çantalar təqdim olunub. 

“Nizami Gəncəvi Vəqfi” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının süjetləri əsasında azərbaycanlı rəssam Pərinisə Əsgərovanın hazırladığı “Danışan irs” miniatürlər kolleksiyası da maraqla qarşılanıb. 

*** 

“Heydər Əliyev İli” münasibətilə Azərbaycan Rəssamlar İttifaqında 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisi açılıb. 

Sərgidə mərkəzin dərnək üzvlərinin milli və müasir üslubda işlənmiş rəsmlə­rindən – portret və dekorativ kompozisiyalardan ibarət 200-dən çox işi nümayiş etdirilib. 

Dəvət olunan qonaqlar gənc rəssamların əl işlərini yüksək qiymətləndirərək bu cür sərgilərin uşaqların istedadlarının üzə çıxarılmasında böyük əhəmiyyət daşıdı­ğını vurğulayıb və onlara yaradıcılıq uğurları arzulayıblar. 

*** 

Bakıda start götürən sürətli idman avtomobillərinin yürüşü Lənkəranda yekunlaşıb. Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkil etdiyi yürü­şün iştirakçıları Heydər Əliyev xatirə parkında təşkil olunan “Avropa Şəhər­ciyi”nə baxış keçiriblər. 

Prezidentin köməkçisi, AAF-nin prezidenti Anar Ələkbərovun da qatıldığı yürü­şün iştirakçıları orada quraşdırılmış çadırlarda xüsusi stendlər vasitəsi ilə Aİ-nın Azərbaycandakı fəaliyyətini əks etdirən təqdimatlarla tanış olublar. Sonra avtomo­bil həvəskarları üçün şəhərin dəmiryolu vağzalı ərazisində drift-şou keçirilib. Bö­yük marağa səbəb olan tədbiri Lənkəran sakinləri və şəhərin qonaqları həyəcanla izləyiblər. 

Yürüş proqramı çərçivəsində O.Mirzəyev adına qarışıq tipli uşaq evi ziyarət edilib, “Spring otel”in avtoparkında tədbir təşkil olunub və çay plantasiyalarına baxış keçirilib. 

Ə.DOSTƏLİ, “Xalq qəzeti”





Mədəniyyət