“Kremerata Baltika” solistləri Heydər Əliyev Mərkəzində

post-img

Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” Kamera Orkestri solistlərinin konserti olub. 

Konsertdə Əməkdar artist Fuad İbra­himovun rəhbərliyi ilə Bakı Kamera Or­kestri də çıxış edib. 

“Kremerata Baltika”nın solistləri Lit­vada yaşayan 9 musiqiçidən ibarət olan ansambldır. Onlar məşhur orkestrin ənənələrini davam etdirərək gənc lit­valı bəstəkarlarla fəal əməkdaşlıq edir, onların əsərlərini proqramlarına daxil edirlər. Həmin əsərlərdən bəziləri Bakı konsertində səslənib. Bakı konsertinin solistləri – Litva “Kremerata”sının yara­dıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnava­uskaitedir. 

Qeyd edək ki, konsertin 1-ci hissə­sində Faustas Latenas – “Bolero”, Olli Mustonen – nonet no.2, Silvija Miliūna­ite – “Drive for live” (solo Cerald Bidva -skripka, Giedre Dirvanauskaite – violon­çel), ikinci hissədə isə F.B.Mendelssohn – skripka və simli üçün e-moll konserti (solo- Džeraldas Bidva), Nino Rota – simlər üçün konsert səsləndirilib.

“Xalq qəzeti”



Mədəniyyət