Hərbi qulluqçunun intiharı üzrə cinayət işi açılıb

post-img

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Əhmədov Rahil Rahib oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokuror­luğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) mad­dəsi ilə cinayət işi başlanılıb. İstintaq da­vam etdirilir. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər