Bakıda növbəti ümumşəhər iməciliyi

post-img

Yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq dünən paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti qurum­larının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib. İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələr, ticarət və digər obyektlərin vitrinləri, bir sıra binaların fasadları, park və istirahət yerlərində oturacaqları yuyulub. 

İctimai iaşə, mağaza və digər obyekt­lərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşı­sında səliqə-sahman yaradılması işlə­rində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qo­şulan müəssisə, idarə və təşkilatların kol­lektivləri, şəhər sakinləri də bu iməcilikdə yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas ma­gistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər əra­zisində Abşeron iqliminə uyğun yeni ağac­lar, kollar, güllər əkilib, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.

“Xalq qəzeti”

Sosial həyat