Milli teatrın böyük himayədarı

post-img

AYB Lənkəran Bölməsi və ­Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə 22 may 2023-cü il tarixində Lənkəran Dövlət Dram Teatrında "Heydər Əliyev və Azərbaycan dramaturgiyası" mövzusunda yubiley mərasimi keçirilib. 
Tədbiri teatrın direktor əvəzi İntiqam Hacılı açıb. Azərbaycan himni ilə başlanan tədbirdə Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İ.Hacılı ulu öndərin 100 illik yubileyinə həsr olunan tədbirin məqsəd və məramını yazarlarla teatrın əlaqəsinin möhkəmlənməsi yolunda atılan addım kimi dəyərləndirib. 
Respublikanın Xalq artisti Qabil Quliyev, AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli, bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad, teatrın baş inzibatçısı Namiq Ağayev, şair Ziyafət Yəhya, gənc rejissor Emil Əsgərov və teatrın baş rejissoru Anar Babalı çıxış edərək Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənətimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən ­danışıblar. Tədbirdə, həmçinin Azərbaycan dramaturgiyasında yaradılan Heydər Əliyev obrazından söz açılıb. 
A.Babalı yerli müəllifləri daha çox dram əsərləri yazmağa, teatrla əlaqələri möhkəmləndirməyə çağırıb. Respublikanın Əməkdar artisti Sücəddin Mirzəyev, aktyorlardan Aynur Əhmədova, Əbülfəz Axundov, Əlibala Əsgərov, şair Xatirə Xatun və başqaları məruzələr ətrafında fikir və mülahizələrini bildiriblər. 


Ağaddin BABAYEV, 
Teatrşünas-publisist 

Mədəniyyət