Sən elə bir zirvəsən…

post-img

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən…” adlı ədəbi-bədii gecə keçirilib.

ADPU-nun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, tədbirdə Pedaqoji Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, ADPU TKTB-nin sədri Nərgiz Quluzadə, universitetin digər tələbə təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər.

Böyük maraqla qarşılanan tədbirdə tələbələrin ifasında ulu öndər Heydər Əliyevə, Vətənə, Qarabağa həsr olunmuş şeirlər səsləndirilib, mahnı və rəqslər nümayış olunub. Tədbirin qonağı - kamança ifaçısı Şəhriyar Musayev öz ifaları ilə gecəyə xüsusi rəng qatıb.

 









Mədəniyyət