Türkiyədə Fikrət Əmirova tv proqram həsr olunub

post-img

Dahi Üzeyir Hacıbəylinin layiqli davamçısı, Azərbaycanı dünyaya tanıdan, milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biri Fikrət Əmirovun xatirəsinə Türkiyənin “Ulusal” telekanalında “Azərbaycan rüzgarı” proqramında veriliş həsr olunub. 

“Azərbaycan rüzga­rı”nın müəllifi və aparıcı­sı Səidə Ömər bildirib ki, hələ sağlığında ölməzlik qazanmış bəstəkar Fik­rət Əmirovun əsərləri yarandığı gündən tək­cə Azərbaycanda deyil, eyni zamanda dünyanın çox sayda ölkəsində bö­yük uğur və dinləyicilərin böyük rəğbətini qazanıb. Azərbaycan musiqi mə­dəniyyətinin inkişafında misilsiz yeri olan Fikrət Əmirovun yaradıcılığı geniş və çox şaxəlidir: “Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respubli­kası Prezidenti, Cənab İlham Əli­yev tərəfindən Sərəncam da im­zalanıb. Bütün bunlara istinadən biz də “Azərbaycan Rüzgarı”nın bu həftədəki mövzusunu unudul­maz sənətkarımız Fikrət Əmirova həsr etdik. Proqramda bəstəkarın operaları, simfonik muğamları və baletləri göstərilib. Verilişdə Azər­baycan Milli Konservatoriyasının məzunları musiqişünas və tarzən Behrad Bünyadi və musiqiçi Ruz­beh Talebi iştirak edib. Sənətçilər bəstəkarın “Kor Ərəbin mahnısı”, “Mən səni araram”, “Reyhan” və “Böyük Dayaq” filmindən “Pərişa­nın mahnısı”nı ifa edib”.

Qeyd edək ki, “Azərbaycan Rüzgarı” proqramı həmyerlimiz, İstanbul Universitetinin doktorantı telejurnalist Səidə Ömər tərəfindən həftənin bazar günü Bakı vaxtı ilə saat 17:30-da Azərbaycan Diaspo­runa Dəstək Fondunun dəstəkləri ilə yayınlanır.

 

M.SULTANOVA

Ankara

Mədəniyyət