“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Balakən rayonunun Mahamalar və digər yaşayış məntəqələrinin, Balakənçay və Katexçay çaylarının sel sularından mühafizəsi tədbirləri”nin satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Satınalan təşkilatın adı- Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləş­miş Müdiriyyəti 

VÖEN - 1300300711

Kod - 805562

H/h - AZ 10 IBAZ 38070019449716100216 

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasa­mal filialı

M/h - AZ03NABZ01350100000000002944

VÖEN - 9900001881 

SWIFT: IBAZAZ2Х (AZIPS-in üzvü) 

Əlaqələndirici şəxs- Qulam Şamil oğlu As­lanov (A.A.S)

Satınalan təşkilatın ünvanı- Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69 a.

Əlaqələndirici şəxsin E-mail: [email protected]

Əlaqə nömrəsi- (012) 431 08 64.

Satınalma predmetinin adı - “Balakən rayo­nunun Mahamalar və digər yaşayış məntəqələ­ri- nin, Balakənçay və Katexçay çaylarının sel sularından mühafizəsi tədbirləri ”.

Ünvan- Balakən rayonu 

İşlərin qısa təsviri - Balakən rayonunda uzunluğu 4394 metr, hündürlüyü 8 metr olan istinad divarının tikintisi. 

İşlərin yerinə yetirilmə müddəti – 32 aydır.

Tender təkliflərinin qiymətləndirilməsi me­yarları- tender təklifinin ödəniş şərti - 10 baldır.

-İddiaçı bağlanacaq satınalma müqaviləsi­nin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda bu meyar üzrə müəyyən olun­muş maksimal 10 bal alacaqdır.

İddiaçı tender təklifində 20 faizdən artıq avans ödənişi tələb edərsə, o zaman həmin iddiaçının tender təklifi kənarlaşdırılacaqdır. 20 faiz və daha az avans ödənişi tələb olu­nan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablanacaqdır, (20–X)/20x10 X-tender təklifində iddiaçı tərə­findən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi.

Qiymət təklifi – 90 baldır.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi kadr və maliyyə imkanlarına malik olmaqla yanaşı,

• İddiaçının son 10 (on) tam təqvim ilində analoji işlər üzrə yerinə yetirdiyi müqavilələrin ümumi məbləği 7500,0 min manatdan az olma­malıdır.

• İddiaçı son 10 ildə ayrı-ayrılıqda, yaxud bir yerdə olmaqla ən azı 1 (bir) analoji iş kimi 4000 metr uzunluğunda və hündürlüyü 8 metrdən az olmamaq şərtilə beton bənd və ən azı 50 metr uzunluğunda fiksatorun tikintisi müqaviləsini yerinə yetirmiş olmalı və işlərin bitirilməsinə aid təsdiqedici sənədlərini (təhvil-təslim aktlarını və işbitirmə sənədlərini) təqdim etməlidir.

İştirak haqqı 5000 (beş min) manatdır. 

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender təklifi azı 45 bank günü qüvvətə olmalıdır (tender təkliflərinin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır). Ten­der təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

2. Tender təklifinin qiymətinin 1 faizi məb­ləğində tender təklifinin təminatı (bank zə­manəti, tender təklifinin qüvvədə olma müd­dətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ər­zində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halla­rının mövcud olmaması haqqında müvafiq ver­gi orqanından arayış (vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əsli və ya notarial qaydada təs­diqini təqdim etməsi zəruridir).

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə döv­rünə olan məlumatı əks etdirməsi, sənədin əsli və ya notarial qaydada təsdiqini təqdim etməsi zəruridir).

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı , sənədin əsli və ya notarial qaydada təsdiqini təqdim etməsi zəruridir). 

6. İddiaçının tam adı, hüquqi statusu, ni­zamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (kom­mersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti).

7. Rekvizitlər( iddiaçının və ya bankın imza­sı və möhürü ilə təsdiq edilməlidir).

8. Satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məh­kum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Asan xidmət tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması ,ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kom­mersiya fəaliyyəti dayandırılmış şəxs olmama­sı(vergi xidməti tərəfindən təqdim edilməli və son rübü əhatə etməlidir).

10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibar­lılığının olması (iddiaçı tərəfindən təqdim edil­məlidir).

11. İddiaçının kiçik və orta sahibkarlıq sub­yektlərinin meyarlarına uyğun olması.

(Azərbaycan Respublikasının Dövlət Sta­tistika Komitəsi tərəfindən təqdim edilməlidir).

12. İddiaçının Azərbaycan Respublika­sı ərazisində tender predmeti üzrə fəaliyyət göstərməsi üçün müvafiq lisenziyası olmalıdır (Azərbaycan Respublikasının İqtisadiyyat Na­zirliyi tərəfindən təqdim edilməlidir).

13. Satınalma müqaviləsini bağlamaq sə­lahəyyətinin olması. 

(imza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmri, sənədin əsli və ya nota­rial qaydada təsdiqini təqdim etməsi zəruridir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3-13-cü sıralarda göstərilən sənədləri 9 iyun 2023-cü il saat 17.00-a qədər (tender təklifləri­nin açılışına 7 (yeddi) bank günü qalmış) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Ya­samal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. 

İddiaçılar tender təklifi və bank təminatını isə 19 iyun 2023-cü il saat 17.00 –a qədər (ten­der təkliflərinin açılışına 1 (bir) bank günü qal­mış) ) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 20 iyun 2023-cü il saat 15.00-da açılacaqdır. 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

 

Tender komissiyası

Reklam və elan