Şimali Kiprdə “Beynəlxalq Uşaq Şənliyi” keçirilib

post-img

Şimali Kipr Türk Respublikasında fəaliyyət gösdərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Lefkoşa Yunus Əmrə İnstitutu ilə birlikdə “Beynəlxalq Uşaq Şənliyi” keçiriblər. 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən (AKDC) verilən məlumata görə tədbirin məqsədi Türkiyədə baş verən böyük zəlzələ fəlakətindən sonra Şimali Kiprdə yaşamaq məcburiyərində qalan uşaqların inkişafına və vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulub. Cəmiyyətdən bildirilib ki, 6 fevral 2023-cü il tarixdə Türkiyənin 11 vilayətində baş verən zəlzələ böyük itkilərə səbəb olub. Bu fəlakətdən sonra yüzlərlə ailə Şimali Kiprə köçmək məcburiyətində qalıb. Onlar arasında çox sayda uşaqlar var. Uşaqların ruh yüksəkliyinin bərpa olunması, sosial həyatlarının yaxşılaşdırılması, keçiriliən musiqili, əyləncəli tədbirlərlə motivasiyalarının yüksəldilməsi planlaşdırılıb. Cəmiyyətə məxsus mədəniyyət mərkəzində keçirilən tədbirə həmçinin Şimali Kiprdə yaşayan soydaşlarımız ilə birlikdə digər Türk respublikalarından da uşaqlar dəvət olunub. 

“Beynəlxalq Uşaq Şənliyi” açılışında çıxış edən AKDC sədri Orxan Həsənoğlu qonaqlara iştrakları üçün təşəkkür edib. Natiq qeyd edib ki, Mustafa Kamal Atatürkün Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir deyimi, uzun illər sonra isə ulu öndər Heydər Əliyevin “biz bir millət iki dövlətik” ifadələrini günümüzə  mirasdır: “Bu gün hər iki ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu birliyin daha da möhkəmlənməsində ciddi iradə sərgiləməkdədirlər. Türkiyənin yaşadığı ağır zəlzələ fəlakətinin açdığı yaraları birlikdə sarmaq üçün əl-ələ verməkdəyik”.–deyə O. Həsənoğlu əlavə edib.  Daha sonra Lefkoşa Yunus Əmrə İnstitutu müdür əvəzi Abdulah Aktaş çıxış edib. Natiq bu şənliyin baş tutmasından dolayı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinə öz təşəkkürünü bildirib. İki qardaş ölkənin böyük zəlzələ sonrasında birlikdə hərəkət etdiyini, Azərbaycan xalqı və dövlətinin bütün imkanlarını səfərbər etdiyini bildirib. 
Tədbir azərbaycanlı şagirdlərin şeir qiraətləri, maraqlı musiqi nömrələri, ebru sənəti, milli oxculuq, seramika sənəti, manqala oyunları və digər əyləncələr təqdim etməsi ilə yekunlaşıb. 

Anar Əli,
“Xalq qəzeti”











Mədəniyyət