Ömər Faiq Nemanzadəyə həsr olunmuş tədbir keçirildi

post-img

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görkəmli publisist, naşir, pedaqoq, ictimai-siyasi xadim, Molla Nəsrəddin jurnalının həmtəsisçisi, Axısxa türklərinin qüruru Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş “dəyirmi masa” keçirildi. Tədbirdə BXA-nın idarə heyəti, müəllimləri, Milli Azərbaycan Tarix Muzeyinin, AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları, tənqidçilər, xalçaçı rəssamlar, eləcə də F. Nemanzadənin qardaşı nəvəsi Chingiz Neymanzadə iştirak etdi.

“Dəyirmi masa” ətrafında “Ömər Faiq Nemanzadə irsi Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasında”, “Ö. F. Nemanzadənin publisistikasında milli məsələlər”, “Ö. F. Nemanzadə və “Molla Nəsrəddin” jurnalı”, “Ö. F. Nemanzadənin publisistik fəaliyyətində (“Qardaş köməyi” dərgisi əsasında) türkçülük ideologiyası”, “Ö. F. Nemanzadənin pedaqoji fəaliyyəti”, “Ö. F. Nemanzadənin yaradıcılığında ana dili məsələləri” kimi mövzulardan söhbətlər açıldı, ədibin yaradıcılığı barədə fikir müzakirəsi aparıldı.

Anar Əli,
“Xalq qəzeti”

Mədəniyyət