Azərbaycanda Rusiya Kinosu Günləri başa çatıb

post-img

Bakıda Rusiya Kinosu Günləri “Nizami” Kino Mərkəzində rejissor Konstantin Buslovun “1941. Berlin üzərində qanadlar” adlı filminin nümayişi ilə başa çatıb. 

Nümayişdən əvvəl Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov tədbirə toplaşanları sa­lamlayıblar. Layihənin prodüseri, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Yelena Lebedeva rusiyalı artist və prodüserlərdən ibarət nümayəndə heyə­tini təqdim edib.

Tədbirdə Rusiya səfirliyinin, bir sıra ölkələrin diplomatik korpusunun, biz­nes dairələrinin, təhsil müəssisələrinin nümayəndələri, elm, mədəniyyət və in­cəsənət xadimləri, rusiyalı həmvətənlər iştirak ediblər.

“Xalq qəzeti”

Mədəniyyət