Ermənilərin iç üzünü göstərən film - Dalan

post-img

Nizami Kino Mərkəzində "Dalan" sənədli filminin təqdimat mərasimi keçirilib.

Filmin ideya və ssenari müəllifi Turan agentliyinin redaktoru Şahin Hacıyevdir. Ssenaristin jurnalistik araşdırmaları nəticəsində ərsəyə gətirdiyi ekran işində Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbləri barədə müzakirələr aparılır. 

Araşdırma Birinci Dünya müharibəsindən başlayır, İkinci Qarabağ Müharibəsindən sonrakı dövrlə başa çatır.

XX əsrin əvvəllərində Türkiyədə məskunlaşan erməniləri müasir Ermənistanda yaşayan soydaşları ilə müqayisə etsək görərik ki, 1915-ci il faciəsinin səbəbləri və ermənilərin bugünkü vəziyyəti bir çox cəhətdən oxşardır.

Odur ki, yüz il əvvəl olduğu kimi, bu gün də əsas sual eyni olaraq qalır: bu millət sonsuz tarixi çıxılmaz vəziyyətdən çıxış yolu tapmağa qadirdirmi?

Bir dəqiqəlik film dörd il yarım ərzində altı ölkədə - Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və ABŞ-da çəkilib.

Ekran işi İctimai TV və Heydər Əliyev Fondunun dəstəyilə “Fil” film istehsalçısı  tərəfindən ərsəyə gətirilib.

Filmin ssenari müəllifi Şahin Hacıyev, rejissoru Teymur Hacıyev, prodüseri İsmayıl Səfərlidir.

Sənədli filmin yaxın həftələrdə Azərbaycan İctimai Televiziya kanalında nümayiş etdiriləcəyi gözlənilir.

 

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”



Mədəniyyət