Toyuq və yumurta haqqında qədim tapmaca həll edildi

post-img

"Toyuq, yoxsa yumurta əvvəl yaranıb?" sualını eşitməyən adam qalmayıb. Sualın cavabı birmənalı deyil. Amma Dünya Yumurta Günündə elm adamları bu dilemmanı yenidən nəzərdən keçiriblər və tapdıqları cavab da hamını təəccübləndirib.

"Daily Mail" qəzetinin yazdığına görə, mütəxəssislərin fikrincə, yumurtalar bir həyat forması olaraq toyuqların meydana çıxmasından milyonlarla il əvvəl mövcud olub. Tədqiqatlar göstərir ki, ilk yumurtalar 600 milyon il əvvəl meduza və qurdlar kimi sadə dəniz orqanizmləri tərəfindən qoyulan zaman yaranıb. Bu barədə "Planet Today" xəbər verir. Zooloq Jules Hovard deyir ki, bu yumurtalar müasir yumurtalara bənzəmirdi, onlar okeanlarda üzərək süd buludlarını xatırladırlar.

Ancaq nəticə çıxarmağa tələsməyin. Flinders Universitetindən paleontoloq Ellen Mather qeyd edir ki, söhbət toyuq yumurtasına gəldikdə məsələ daha da mürəkkəbləşir. İlk əsl toyuq təxminən 3500 il əvvəl vəhşi quşların əhliləşdirilməsi nəticəsində ortaya çıxıb. Alimlərin fikrincə, ilk "əsl" toyuq yumurtası əsl toyuq tərəfindən qoyulub.

Yaxşı, bəs hansı birinci peyda olub? Əgər söhbət yumurtadan gedirsə, o zaman, sözsüz ki, yumurta birinci meydana çıxıb. Ancaq məhz toyuq yumurtalarını nəzərə alsaq, o halda birincilik toyuqda qalır, çünki ilk toyuq yumurtası toyuq yarandıqdan sonra ortaya çıxıb. 

Beləliklə, son cavab sizin necə soruşmağınızdan asılıdır.

S.ELAY

XQ

 

Maraqlı