XVIII əsrin sonlarında alman alimi İohan Blumenbax bəşəriyyəti beş irqə - ağ, sarı, qara, qırmızı və qəhvəyi irqə bölmüşdür. Ağdərililər daha üstün irq sayılırdı, çünki onlar daha gözəl idilər. Blumenbax isə qafqazlıları ən gözəl hesab edirdi, ona görə də Qafqazı ağların ata-baba yurdu elan etdi.
O, əslində 1785-ci ildə Göttingen Universitetinin professoru Kristof Maynersin fikirlərini inkişaf etdirmişdi: “İnsanlıq iki əsas irqdən ibarətdir: ... Qafqaz və monqol, ikincisi fiziki və əqli cəhətdən çox zəifdir”. İrqi nəzəriyyə özünü doğrultmadı, lakin bu termin bir çox dillərdə möhkəmləndi.
S.ELAY
XQ