Kaliforniyada “Qiyamət günü” balığı aşkar edilib- VİDEO

post-img

BBC xəbər verir ki, uzunluğu 3 metrdən çox olan nadir dərin dəniz balığı San Dieqo sahillərində ölü tapılıb.

Belə iddia olunur ki, siyənək növündən oan bu balıq təbii fəlakətləri, xüsusən də zəlzələləri proqnozlaşdırmaq üçün xüsusiyyətə malikdir. Ancaq elm hələ də bu əlaqəni sübut edə bilməyib. "Qiyamət balığı" Kaliforniya sahillərində avqustun 10-da - Los-Ancelesdə 4,4 bal gücündə zəlzələdən iki gün əvvəl aşkar edilib.

Balıq Milli Okean və Atmosfer Administrasiyasına aparılıb.

S.ELAY

XQ

 


Maraqlı