Yapon alimlərinin araşdırması göstərib ki, kiçik balıqları bütöv yemək ömrün uzamasını artırır.
Nəticələr Public Health Nutrition jurnalında dərc olunub.
Yapon mətbəxində kiçik bütöv balıq növlərini, məsələn, Atlantik kapelin, smelt və sardina yemək adətdir. Balığın başları, sümükləri və orqanları qida maddələri, o cümlədən kalsium və A vitamini ilə zəngindir.
Alimlər yeni araşdırmada 35-69 yaş arası 80 min yaponun məlumatlarını təhlil ediblər. Ayda bir-üç dəfə kiçik balıq yeyən qadınların ölüm riski onları az yeyənlərə nisbətən təxminən 30% az olub.
Kişilər kiçik balıqları bütöv yeməklə eyni fayda əldə ediblər. Lakin məlumatlar daha az inandırıcı olub. Bunun səbəbi cinslər arasında bioloji fərqlər ola bilər. Nəticələr həm də araşdırmada kifayət qədər kişilərin iştirak etməməsi ilə izah oluna bilər.
Müəlliflər ölüm üçün digər risk faktorlarını nəzərə alıblar: iştirakçıların yaşı, siqaret və spirt istehlakı vəziyyəti, artıq çəki və ümumi pəhriz keyfiyyəti. Xəstələr orta hesabla doqquz il izlənilib.
Alimlər hesab edirlər ki, başqa ölkələrdə daha çox araşdırma aparılsa, kiçik balıq yemək ömrü uzatmaq üçün əlverişli bir vasitə ola bilər.
S.ELAY
XQ