Min kilometrlərlə uzanan qarışqa yuvaları

post-img

İlk qarışqalar 130 milyon il əvvəl ortaya çıxıb. Onlar dinozavrlar qədər qədimdir. Lakin sonuncudan fərqli olaraq sağ qalıblar. Qarışqaların Yer üzündə 12 mindən çox növü yaşayır və ümumi sayı isə 10.000 trilyondan çoxdur.

Ən kiçiyinin ölçüsü 2 millimetr, ən böyüyünün (kraliça qarışqası) ölçüsü 5 santimetrdir. Onların iki mədəsi var. Elm adamları bu maraqlı faktı trofallak­siya (qida mübadiləsi) prosesi ilə izah edirlər. Onların mədələrinin biri yemə­yi həzm edir. İkinci mədədə toplanan qidadan isə koloniyanın digər üzvləri istifadə edirlər.

Qarışqalar nəhəng strukturlar qura bilirlər. Nəhəng qarışqa yuva­larının uzunluğu bəzən bir neçə min kilometrədək uzanır. Belə superkolo­niyalarda 1 milyarddan çox qarışqa yaşayır. Onların qulaqları yoxdur, titrəmələri həssas pəncələri ilə hiss edirlər. Ağciyərləri də yoxdur, kiçik spi­ralların köməyi ilə nəfəs alırlar. Bun­dan başqa, hər ailənin özünəməxsus qoxusu var. Bu səbəbdən də koloni­yaya aid olmayan yad qarışqa dərhal tanınır və uzaqlaşdırılır. İşçi qarışqalar 5, kraliça qarışqa isə 30 ilədək yaşa­yır. Arktika və Antarktidadan başqa, planetin bütün guşələrində qarışqaya rast gəlmək mümkündür. 

P.ƏFƏNDİ
XQ

Maraqlı