Çindən gələn qatar Bakıya yetişdi

post-img

Orta Dəhliz bu arada ən qısa yoldur

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Orta Dəhlizin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi, Çindən yüklərin Azərbaycan ərazisindən tranzit keçməklə Avropaya və əks istiqamətdə vaxtında və təhlükəsiz çatdırılması üçün dəhliz iştirakçıları ilə səmərəli əməkdaşlığı davam etdirir.

ADY-nin Çin, Qa­zaxstan, Gürcüstan və Türkiyə dəmir yolları ilə apardığı danışıqlar nəticəsində şəffaf qiy­mət siyasətinin müəy­yən olunması, yüklərin çatdırılma müddətinin optimallaşdırılması və yüklərin dəhliz üzrə naviqasiya sistemin­də izlənilməsi kimi məsələlərdə bir sıra irəliləyişlər əldə olu­nub. Belə ki, ötən ilin dekabr 30-da Çindən yola düşən blok qatarı yanvarın 11-də ölkəmizə çatıb. İlin ilk blok qatarı həm də cəmi 11 günə mənzilbaşına çatmaqla sözügedən dəhlizin əhəmiyyətini və rəqabətli olma­sını bir daha göstərmiş olub. 

Ümumilikdə, 57 vaqondan ibarət blok qatarı vasitəsilə Çindən ölkəmizə, əsasən, elektromobillər, tikinti materi­alları, müxtəlif ölçülü borular və digər məhsullar çatdırılıb.

Qeyd edək ki, əldə olunmuş razı­laşmaya əsasən, Çin mənşəli yüklərin Orta Dəhlizlə daşınması və yük həc­minin artırılması istiqamətində cari ilin yanvar ayında Azərbaycana 7 blok qa­tarla idxal məhsulları və 2 blok qatarla isə tranzit yüklərinin Avropaya yola sa­lınması planlaşdırılır.

Çin mənşəli yüklərin Azərbaycana idxal olunması yerli sahibkarlığın in­kişafına, o cümlədən tranzitt yüklərin Orta Dəhlizə təkrar qayıtması yeni yüklərin dəhlizə cəlb edilməsinə geniş imkanlar yaradacaq.

 

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər