14 milyon il buzların altında gizlənmiş qədim vadilər aşkar edilib

post-img

Alimlər Şərqi Antarktidanın buzlarının altında ən azı 14 milyon il ərzində gizlənmiş qədim mənzərə aşkar ediblər.

XQ xarici KİV-lərə istinadən xəbər verir ki, kəşf peyk məlumatlarından istifadə etməklə həyata keçirilib.

Durham Universitetindən olan qlasioloq Stüart Ceymesonun rəhbərlik etdiyi tədqiqatçılar qrupu Şərqi Antarktika buz örtüyünün altındakı dərə və silsilələrin qədim mənzərəsini müəyyən ediblər. Ölçülərinə görə bu relyef formaları Şimali Uelsin buzlaq landşaftı ilə müqayisə olunur.

Alimlər radar şəkilləri və peyk məlumatlarından istifadə edərək, ən azı 14 milyon il ərzində kilometrlərlə buzun altında gizlənmiş ərazinin xəritəsini çəkiblər. Bu, Antarktidanın buz örtüyünün zamanla necə dəyişdiyini daha yaxşı başa düşməyə imkan verəcək.

Eyni zamanda, dərinlikdə canlı orqanizmlərin olduğu ekosistemi öyrənmək üçün də imkanlar açılacaq.

Professor Ceymison bildirib ki, buzun altında qorunan bu kimi mənzərələr keçmiş buz dövrlərini öyrənmək üçün unikal imkan yaradır.

Lakin qlobal istiləşmə o deməkdir ki, biz bu ərazilər donmadan əvvəl mövcud olan iqlim şəraitinə qayıda bilərik. Nəticədə, Şərqi Antarktika Buz təbəqəsi 14 milyon ildən sonra ilk dəfə olaraq geri çəkilə və mənzərəni dəyişə bilər.

Anar Əli,

XQ

Maraqlı