Vəhşi heyvanın fotoqrafdan istəyi...

post-img

Bir nəfər təbiətşünas-fotoqrafa çəki­liş zamanı oselot (pələng pişiyi cinsinə aid heyvan növü) yaxınlaşıb və işini bir kənara qoyaraq onu sığallamasını istə­yib.

Qeyd edək ki, oselotun baş­dan quyruğa qədər olan uzun­luğu 100-140 santimetr, boyu, təxminən, 50 san­timetr, çəkisi 10-16 kiloqramdır. Oselot zahiri görünüşünə görə daha çox bəbir balasına bənzəyir.

Oselotlar, əsasən, Mərkəzi və Cənubi Ameri­kada geniş yayılıb. Tək yaşayır və əsasən, gecələr ov edirlər. Ağaclara və qayalara dırmaşmaq qabi­liyyətlərinə baxmayaraq, qidalarını yerdə axtarır­lar. Şikarlarına ən çox kiçik məməlilər və quşlar daxildir, lakin bəzən ilanlarla da qidalana bilirlər. Oselotlar kiçik eşşək və donuzları da yeməkdən vaz keçmirlər. 

FİDAN
XQ

Maraqlı