Rusiyalı alim Mixail Kovalev zəlzələlərin və superayların statistikasının müqayisəli təhlilini aparıb. Nəticələr göstərib ki, zəlzələlər və vulkan püskürmələri tez-tez tam ay və ya yeni ay perigeylə (Yerə ən yaxın məsafədə) ilə üst-üstə düşəndə (bu zaman Super ay hadisəsi müşahidə edilir) baş verir. Onlar tam ay günündə mütləq baş vermir, lakin bir neçə gün əvvəl və ya gec ola bilər.
Bu tədqiqatın nəticələri gələcəkdə Yer kürəsində çoxlu insanın ölümünün qarşısını alacaq kataklizmlərin proqnozlaşdırılması üsullarının işlənib hazırlanmasına kömək edəcək.
Super Ay zamanı Ay apogeydə (Yerdən ən uzaq məsafədə) olduğundan 14 faiz böyük, 30 faizə yaxın parlaq görünür.
Xatırladaq ki, Super Ayın əksi mikroay adlanır, baxmayaraq ki, əvvəlkindən fərqli olaraq bu termin o qədər də geniş istifadə olunmur.
Ə.PÜNHAN, “Xalq qəzeti”