Avstraliya Milli Universitet laboratoriyasının fizikləri bu yaxınlarda əvvəllər yalnız “Ulduz müharibələri” kimi elmi-fantastik filmlərdə görünən əsl maqnit şüası hazırlayıblar.
Bu, mikrohissəcikləri cəzb və dəf etməyə qadir olan ilk işıq şüasıdır. Mütəxəssislərin fikrincə, bu nadir texnologiya gələcəkdə atmosferi təmizləməyə kömək edə, insan həyatının digər sahələrində də faydalı ola bilər.
Ə.PÜNHAN, “Xalq qəzeti”