Azərbaycanda möhtəşəm festival keçirildi

post-img

İyunun 11-də “Cars and Coffee Azerbaijan”ın təşkilatçılığı ilə Bakıda qeyri-adi avtomobillərin sərgisi və festivalı keçirilib.

Bakı Su İdman Sarayının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizdə və dünyada tanınmış avtomobil brendləri iştirak edib. Bunlara, idman və yolsuzluq,  klassik və neo-klassik avtomobillər, o cümlədən müxtəlif ölkələrin istehsalı olan qeyri-adi motosikletlər və s. daxildir.

Festivalda “Əfəndilər Group MMC”, “İmprotex motors”, “Porche”, “Diamond”, “Mercedes” və digər avtomobil şirkətlərinin təqdim etdiyi avtomobillər də təmsil olundu. 

“Ferra” avto-kimya və kosmetika şirkəti, “Yango” taksi sifarişi proqramı, “Redbull” enerji içkiləri və digər təşkilatların dəstəyi ilə festival iştirakçılarına   müxtəlif hədiyyələr qazanmaq şansı da verildi. 

“Diamond turning and detailing” avto-servisinin sponsorluğu ilə keçirilən lotoreyada qalib gələn festival iştirakçılarına 1000, 500 və 250 manat dəyərində kuponlar təqdim olundu. 

Festival ərzində iştirakçıların və münsiflərin rəğbətini qazanan “Wolsfagen golf” və “BMW” şirkətinə məxsus avtomobil sahibləri 500 və 1000 manat məbləğində nəğd pul mükafatı ilə təltif olundular. 

Burada, həmçinin Azərbaycan-Türkiyə qardaşlıq drift şousu da nümayiş olundu. Həyəcanlı səsi ilə avtomobil sevənləri cəlb edən şou iştirakçılara adrenalin dolu hisslər yaşatdı. 

Festivalın nəqliyyat tərəfdaşı “Audi” avtomobil şirkəti ilk dəfə olaraq, elektriklə işləyən yeni “Audi 208 Elekton Back” adlı avtomobil markasını təqdim etdi. Qeyd edək ki, bu avtomobil 600 km-dək sürətlə yol getmək xüsusiyyətinə malikdir. 

"Cars and Coffee" - dünyaca məşhur olan avtomobil festivalı rəngarəng musiqi proqramı və DJ Nicolas Mun-un iştirakı ilə əyləncə dolu şou proqramla davam etdi.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

 

























Maraqlı