Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi və Azərbaycan Din xadimlərinin II forumunun iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.




