Xarkovda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

post-img

Dekabrın 12-də Xarkov Milli Şəhər Təsərrüfatı Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir bütün təhlükəsizlik tələblərinə riayət olunmaqla təşkil edilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin həyat yoluna və fəaliyyətinə həsr olunmuş tematik fotosərginin nümayişi ilə başlayıb. Xalqlar arasında qarşılıqlı hörmət əlaməti olaraq Azərbaycanın və Ukraynanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Xarkov Şəhər Şurasının İctimai Birliklərlə İş üzrə Departamentinin direktoru Nikita Sterin, Zmiyevsk şəhərinin meri Pavel Qolodnikov, Ukrayna Mühəndislik Akademiyasının müxbir üzvü Vitali Zabelin çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasında oynadığı tarixi rol, ölkənin iqtisadiyyatının, elminin və mədəniyyətinin inkişafına verdiyi töhfələr, həmçinin Ukrayna–Azərbaycan münasibətlərinin xüsusi əhəmiyyəti vurğulanıb.

Tədbirdə, eyni zamanda elmi ictimaiyyətin nümayəndələri, Azərbaycanın diaspor təşkilatlarının üzvləri iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yoluna həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.











Son xəbərlər