Birgə təlim başa çatıb

post-img

Ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi oktyabrın 30-da başa çatıb.

Təlimin bağlanış mərasimində çıxış edənlər Azərbaycan və BƏƏ-nin xüsusi təyinatlıları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, keçirilən birgə təlimin ölkələrin XTQ mənsubları arasında təcrübə mübadiləsi, döyüş hazırlığı səviyyəsinin artırılması və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, hədiyyə mübadiləsi həyata keçirilib.

XQ



Son xəbərlər