Venesuela VSP heyəti YAP-da

post-img

Oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran arasında görüş keçirilib.

Görüşdə dövlət başçılarının iki ölkə arasında əlaqələrin inkişafına mühüm önəm verdikləri, müxtəlif istiqamətlərdə, o cümlədən energetika, təhsil, gənclər və idman, turizm, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd edilib.

Azərbaycan ilə Venesuelanın qlobal müstəvidə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar səviyyəsində işbirliyini diqqət mərkəzində saxlayaraq bir-birinin mənafelərini müdafiə etdikləri, eləcə də ərazi bütövlüyü və suverenliyini dəstəklədikləri vurğulanıb.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Venesuela Vahid Sosialist Partiyası arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.

XQ

Son xəbərlər