Azərbaycanın diplomatik heyəti Peruda

post-img

Sentyabrın 3–4-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Peru Respublikasında səfərdə olub.

Lima şəhərində Azərbaycanın və Perunun Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Peru tərəfindən isə xarici işlər nazirinin müavini Feliks Deneqri Boza başçılıq ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmin istiqamətlərdə müqavilə-hüquq bazasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Müvafiq təqdimatlar vasitəsilə hər iki ölkədə mövcud iqtisadi-ticarət imkanları barədə məlumat verilərək, birgə təşəbbüslərin təşviqinə qarşılıqlı dəstək ifadə olunub.

Elnur Məmmədov Peru Respublikası Konqresinin sədri, Peru–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Xose Enrike Xeri, xarici işlər naziri Elmer Şialer Salsedo ilə də görüşüb.

XQ

Son xəbərlər