İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə bildirilib ki, səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur .