Qusarda alternativ enerjiyə keçidin üstünlükləri müzakirə olunub

post-img

Şimal bölgəsində “Alternativ enerjiyə keçidin ekoloji, iqtisadi, qlobal istiləşməyə qarşı faydalarının təbliği “ adlı layihəyə çərçivəsində sonuncu təlim keçirilib.

"İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sonuncu tədbir Qusar rayonunda baş tutub.

Rayonun Mərkəzi Kitabxanasında gerçəkləşən  tədbirin keçirilməsində məqsəd – bərpa olunan enerji mənbələri barədə məlumatlandırmanı təmin etmək, regionlarda bu sahəyə olan marağı canlandırmaqdır.

Kitabxananın direktoru Gültəkin Pənəhova iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunaraq, bu cür tədbirlərin bölgələrdə keçirilməsinin vacibliyindən danışıb. Bildirib ki, enerji resurslarından düzgün və qənaətli istifadə artıq yalnız texniki məsələ deyil, eyni zamanda sosial məsuliyyətdir.

Sonra Layihənin eksperti Şaban Nəsirov tərəfindən geniş təqdimat təqdim olunub. O, günəş panellərinin iş prinsipi, külək turbinlərinin gücü və mikrohidro sistemlərin kənd yerlərində tətbiqi barədə interaktiv çıxış edib. Prizentasiya, real nümunələr vasitəsilə auditoriya həm də vizual şəkildə prosesləri izləyəyib.

Tədbirə qatılan fərdi sahibkar, fermer və ictimai fəallar təlimə qoşularaq fikir mübadiləsi aparıblar. Onlar öz məişətlərində, təsərrüfatlarında, biznes sahələrində yaşıl enerjidən istifadə imkanlarını müzakirə ediblər. Şaban Nəsirov bildirib ki, bu istiqamətdə sakinlərə təmanasız dəstək ola bilərlər. Eyni zamanda, birliyin nümayəndələri bu kimi tədbirlərin davamlı olacağını, növbəti mərhələdə isə təklifləri qəbul olunarsa pilot layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirdilər.

XQ







Son xəbərlər