Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu rayonunda vətəndaşlarla görüşüb.
Görüşdə Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscidin dini ədəbiyyatla təmin olunması, müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması üçün icazənin alınması, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
XQ