“Diplomatiya aləmi” jurnalının 20 illik yubileyi

post-img

İyulun 8–9-da Bakı və Şuşa şəhərlərində Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi nəşri olan “Diplomatiya aləmi” jurnalının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib.

Toplantıda 16 ölkədən Xarici İşlər nazirliklərinin nümayəndələri, tanınmış beyin mərkəzlərinin təmsilçiləri, eləcə də beynəlxalq münasibətlər və diplomatik təhlil sahəsində ixtisaslaşmış jurnalların redaktorları və ekspertləri iştirak ediblər.

Açılış mərasimində xarici işlər naziri Ceyhun Bayramov “Diplomatiya aləmi” jurnalının son 20 ildə Azərbaycanın xarici siyasət prioritetlərini və beynəlxalq proseslərə münasibətini əks etdirən önəmli platforma rolunu oynadığını vurğulayıb.

Dəyirmi masa iştirakçıları üçün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər təşkil olunub. Qonaqlar Ermənistanın işğal siyasətinin nəticələri, dağıdılmış infrastruktur və tarixi-mədəni abidələr, eləcə də yenidənqurma və bərpa işləri ilə yerində tanış olublar. Şuşanın tarixi və mədəni irsinə dair təqdimatlar keçirilib, səfər mədəni proqramla tamamlanıb.

XQ

Son xəbərlər