Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 30-da Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında Şamaxı və Qobustan rayonları sakinlərinin müraciətlərini dinləyib.
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, nazir əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Şamaxı və Qobustan rayonları sakinlərinin nazirə ünvanlanan müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə minnətdarlıq ediblər.
XQ