Qərbi Azərbaycan İcmasında beynəlxalq mərasim

post-img

İyunun 23-də Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir keçirilib.  

Əvvəlcə "Qərbi Azərbaycan: Haqqın izi ilə" sənədli filminin nümayişi olub. 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edir. Eləcə də sülh, barışıq, birgəyaşayış dəyərlərinə hörmətlə yanaşır. O deyib: “Biz dialoq üçün Ermənistan hökumətinə dəfələrlə təklif göndərmişik. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də bizim çağırışlarımıza cavab vermir”.

Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi 55/76 saylı qətnamə ilə təsis olunub. Bu günün məqsədi qaçqınların problemlərinə beynəlxalq diqqəti artırmaqdır.



Son xəbərlər