İyunun 14-də İranda ezamiyyətdə olan 6 Qazaxıstan Respublikası vətəndaşının Azərbaycan üzərindən vətənə qayıtmasına köməklik göstərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
O deyib: “İyunun 15-də isə diplomatların ailə üzvləri, İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin Qazaxıstandan ezam olunmuş əməkdaşları, habelə İranda ezamiyyətdə olan vətəndaşlar da daxil olmaqla 68 Qazaxıstan vətəndaşının Türkmənistana yola salınması təşkil edilib”.