Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Qazaxıstana rəsmi səfərə gəlib.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ÇXR Sədrini aeroportda Prezident Kasım-Jomart Tokayev qarşılayıb.
Qazaxıstan sərhədindən paytaxta qədər ÇXR sədrinin təyyarəsini Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri müşayiət edib.