ETSN-də “Milli Qurtuluşdan-Şanlı Zəfərə Doğru” adlı tədbir keçirilib

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr edilmiş “Milli Qurtuluşdan-Şanlı Zəfərə Doğru” adlı tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP), ETSN-in təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar əvvəlcə nazirliyin inzibati binasında yerləşən Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxışlarda 15 İyun-Azərbaycan xalqının Milli Qurtuluş Gününün ölkəmizin müstəqillik tarixindəki mühüm əhəmiyyəti vurğulanıb, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri qeyd olunub.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş nazirliyin əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.























Son xəbərlər