Koreya səfiri XİN-də

post-img

Mayın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Kimqu Kanqla görüşüb.

Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb.

Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

***

Dünən xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Misirin Azərbaycandakı səfiri Hişam Məhəmməd Nağı ilə görüşüb.

Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Nazir tarixi dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Misir münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib.

Misir səfiri Hişam Məhəmməd Nağı Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib.

XQ

Son xəbərlər