Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır”

post-img

Aprelin 22-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini və Zəfər parkını ziyarət ediblər. Ardınca YAP Xətai rayon təşkilatının qərargahında davam edən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi baxımdan mühüm qərardır. R.Mirzəyev qeyd edib ki, bu uğurların qazanılmasında gənclərin əvəzsiz rolu var, bu isə onların vətənpərvərlik ruhunda tərbiyə almasından irəli gəlir.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Xətai Rayon İcra

Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və başqaları çıxış edərək ölkəmizdə gənclər siyasətinin hər zaman dövlətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, Ulu öndər həmişə gənclərin inkişafına böyük önəm verib, bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb. Sonda partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub və Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

XQ



Son xəbərlər