Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əliyev Əli Abdulla oğlu,
Quliyev Ceyhun Əmir oğlu,
Sadıqov Mirlətif Süleyman oğlu,
Sultanov Cavid Rizvan oğlu.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Əliyev Elşad İbiş oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 11 aprel 2025-ci il

Son xəbərlər