Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Musayev Taleh Valeh oğlu,
Musayev Vüqar Ələkbər oğlu.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 11 aprel 2025-ci il

Son xəbərlər