Aprelin 11-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
Görüşdə Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlığın gündəliyində duran məsələlər, birgə həyata keçirilən layihələrin davam etdirilməsi və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
XQ