Sumqayıtda bank kartından oğurluq edilib

post-img

Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 473 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Xəbəri DİN mətbuat xidməti yayıb. 

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı C.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər