Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olunub

post-img

Balakən Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdikləri tədbir zamanı “saxla” əmrinə tabe olmayaraq avtoxuliqanlıq edən sürücü Sahib Abdullayev saxlanılıb. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, o, idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.  

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.

P.ƏMİRCANOV

XQ

 



Son xəbərlər